AZ

70 minə qədər yerli müşahidəçi seçkiləri izləyəcək - Rövzət Qasımov

2025-ci il yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə məsələsi təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verilib.

Qeyd olunub ki, 70 minə qədər yerli müşahidəçi seçkiləri izləyəcək.

Bildirib ki, veb-kameralardan istifadə seçkilərdə şəffaflığın artırılmasında vacib addımdır.

Qurum rəsmisi əlavə edib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Sonra məsələ səs qoyularaq qəbul edilib.


Müəllif: Məlik Məlikov
Seçilən
29
50
teleqraf.com

10Mənbələr