AZ

İpoteka kredit portfeli 20%-dən çox böyüyən - 7 BANK - SİYAHI

Azərbaycanda daşınmaz əmlak kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.

FED.az biznes və maliyyə xəbərləri portalı bankların daşınmaz əmlak kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "ZiraatBank Azərbaycan"-da 2,1 dəfə, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 13,6 milyon manat həcmində artıb.

"ZiraatBank Azərbaycan"-dan sonra artıma görə ikinci yerdə 70,3% və ya 4,3 milyon manat göstərici ilə "AccessBank" gəlir.

İpoteka kredit portfelini 59,5% və ya 171,5 milyon manat artıran "Xalq Bank" üçüncüdür.

"Bank of Baku"-nun ipoteka kredit portfelində təxminən 38,8% və ya 13,5 milyon manat artım baş verib.

37,4% (13,1 milyon manat) artımla "Yapı Kredi Bank Azərbaycan" yer alıb.

iyahıda 6-cı yerdə "Paşa Bank"-nın ipoteka kredit portfeli ötən ilin sonu ilə müqayisədə 35% və ya 54 milyon manat dəyərində böyüyüb

"Azərbaycan Sənaye Bankı"-nın ipoteka kredit portfeli isə 5 milyon manat (30,8%) böyüyüb

Hesabat rübündə yalnız "Melli İran Bankı"nın ipoteka kredit portfelində azalma (27,6% və ya 24 min manat) baş verib.

Seçilən
10
fed.az

1Mənbələr