AZ

Nazirin Qusarda vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Quba,Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdətutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Rəşad Nəbiyev vətəndaşları Qusar şəhərindəyerləşən Heydər Əliyev Mərkəzində 27 yanvar 2025-ci il tarixindəsaat 09:00-da qəbul edəcək.

Qeyd olunub ki, qəbula 24 yanvar 2025-ci il tarixinə qədərRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) vəelektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 5858 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaqmümkündür.

Seçilən
12
1
az.trend.az

10Mənbələr