2023-2024-ci illərdə Azərbaycanlıların Türkiyədən aldığı mənzillər arasında statistik dəyişiklik nəzərə çarpır. 2023-cü ildə Türkiyədə Azərbaycanlılar 794 mənzil alıb, halbuki 2024-cü il ərzində bu rəqəm 816-ya yüksəlib.
Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzillər nümayiş etdirildi - FOTOLAR
FED.az xəbər verir ki, bu mənzil alışı sayında 22 ədəd və ya təxminən 2.77% artım olduğunu göstərir. Göstəricidə ümumi artış olsa da, aylıq satışlarda bəzi dəyişikliklər diqqətəlayiqdir.
Belə ki, yanvar ayında 2023-cü il ərzində 65 mənzil satıldığı halda, 2024-də bu rəqəm 52-yə düşüb. Fevralda da oxşar tendensiya davam edib: 2023-də 73 mənzil satılıb, lakin 2024-də bu say 60-a enib. Martda 69 mənzil satılan 2023-lə müaqisədə, 2024-də Azərbaycanlılara cəmi 57 mənzil satılıb. Aprel ayında hər iki il üçün satış məbləği bərabər sayda olub – 54 mənzil.
May ayında 2023-də 75 mənzil satıldığı halda, 2024-də bu rəqəm 65-ə düşüb. İyun ayında 2023-cü ilin 59 mənzilinə qarşı 2024-də 51 mənzil satılıb. Lakin iyul və avqust aylarında artım qeydə alınıb: iyulda 2023-də 74 mənzil, 2024-də 88 mənzil; avqustda 2023-də 75 mənzil, 2024-də isə 90 mənzil satılıb.
Sentyabr ayında 2023-də 98 mənzil satılıb, lakin 2024-də bu rəqəm 87-yə düşüb. Oktyabrda 2023-də 73 mənzil satıldıqı halda, 2024-də bu say 78-ə qalxıb. Noyabr ayında da artım qeydə alınıb: 2023-də 65 mənzil, 2024-də isə 74 mənzil satılıb. Dekabr ayı ümumi artışla diqqətəlayiqdir – 2023-də 52 mənzil satılıbsa, 2024-də bu rəqəm 110-a çatıb.
Daha detallı :
№ | Aylar | 2024 mənzil alışı | 2023 mənzil alışı |
1 | Yanvar | 52 | 65 |
2 | Fevral | 60 | 73 |
3 | Mart | 57 | 69 |
4 | Aprel | 54 | 54 |
5 | May | 65 | 75 |
6 | İyun | 51 | 59 |
7 | İyul | 88 | 74 |
8 | Avqust | 90 | 75 |
9 | Sentyabr | 87 | 98 |
10 | Oktyabr | 78 | 73 |
11 | Noyabr | 74 | 65 |
12 | Dekabr | 110 | 52 |
Toplam | 816 | 794 |