AZ

Lavrov: Mirzoyanla razılaşdıq ki...

Biz erməni həmkarımızla razılaşdıq ki, Kremllə İrəvan arasındakı problemlər barədə açıq və dürüst danışaq.

Ölkə.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavov erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, dünyada elə bir ölkə tanımır ki, münasibətlərində hansısa problem olmasın.

Ermənistanla münasibətlərə gəldikdə Lavrov deyib ki, siyasi xarakterli məsələlərdə münasibətləri bəzi dairələr tərəfindən qəsdən gərginləşdirilib.

Rusiyalı nazir qeyd edib ki, erməni həmkarı ilə bütün narahatlıq doğuran məsələlərlə bağlı açıq və dürüst danışmaq barədə razılığa gəliblər. 

Lavrov eyni zamanda həm İrəvan, həm də Bakı ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin olduğunu qeyd edib. "Biz Cənubi Qafqazdan uzaqda yerləşən və regionda gərginliyi mümkün qədər uzun müddət saxlamağa çalışan ölkələrdən fərqli olaraq Bakı ilə İrəvan arasında normal münasibətlərin qurulmasında maraqlıyıq", - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
26
olke.az

1Mənbələr