AZ

Tramp fərman imzaladı: ABŞ-da yalnız kişi və qadın cinsləri tanınacaq

ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içdikdən sonra ölkədə yalnız iki cinsin, kişi və qadının tanınacağını bildirən fərman imzalayıb.

Publika.az xəbər verir ki, Trampın vəzifəyə gəldiyi ilk gündə imzaladığı çoxsaylı sərəncamlarından biri də ölkədə genderin tərifini müəyyən edən fərman olub.

ABŞ-ın yalnız iki cinsi, kişi və qadını tanıyacağını bildirən fərmanda məqsədin qadınları ekstremist gender ideologiyasından qorumaq və bioloji reallığı ilkin vəziyyətinə qaytarmaq olduğu bildirilir.

Fərmanda federal hökumətin cins əvəzinə bioloji cins sözünü işlətmək niyyətində olduğu, pasport və viza kimi rəsmi sənədlərdə cinsin doğru şəkildə ifadə edilməsinin vacibliyi qeyd edilib.

Seçilən
15
36
publika.az

10Mənbələr