Ədliyyə naziri Yılmaz Tunç Bolu Kartalkaya xizək kurortunda baş verən yanğınla bağlı 6 dövlət ittihamçısının növbətçi olduğunu, iş yeri sahibi də daxil olmaqla 4 nəfərin nəzarətə alındığını açıqlayıb.
Ajans.az xəbər verir ki, istintaq ciddi şəkildə davam edir. Ədliyyə naziri Yılmaz Tunç Bolu Kartalkaya xizək kurortunda 6 dövlət prokurorunun təyin edildiyi oteldə yanğınla bağlı başladılan istintaq çərçivəsində aralarında iş yeri sahibi də daxil olmaqla 4 nəfərin nəzarətə alındığını açıqlayıb.
Nazir Tunç sosial media hesabındakı paylaşımında Kartalkayada 66 vətəndaşın həyatını itirdiyi otel yanğını ilə bağlı Bolu Respublika Prokurorluğunun başlatdığı məhkəmə istintaqının çoxşaxəli aparıldığını bildirib.