AZ

Tərlan Musayevanın 70 illik yubileyi və "Ulu Öndərin canlı əsəri Tərlan" kitabının təqdimatı olub - FOTOLAR

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbüsü ilə "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı işıq üzü görüb. Kitab Əmək Qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın ömür yolundan, ictimai fəaliyyətindən bəhs edir, anadan olmasının 70 illik yubiley təntənəsinə töhfədir. Kitabın  müəllifi və ön söz müəllifi araşdırmaçı, ədəbi təhlilçi, yazıçı Vaqif Osmanlı, redaktoru Güllü Eldar Tomarlıdı. 

Elə insanlar var ki, onu bugünkü və gələcək nəsillər tanımalıdır və tanıtmalıyıq.  O, hələ lap gənc yaşlarından onu tanıyanları təəccübləndirməyi bacarıb. 17 yaşında orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil arxasınca getməyib peşə məktəbini seçəndə ailəsini, müəllimlərini, məktəb yoldaşlarını təccübləndirib. 18 yaşında pambıq tarlasında "dəmir at"ının cilovundan möhkəm yapışanda, "mavi gəmi"sinin "kapitanı", 21 yaşında 10 il dalbadal Sevil Qazıyeva adına priziin, həmçinin Paşa Angelina, Tursunoy Axunova prizlərinin qalibi olanda da çoxları təəccülənib.  23 yaşında SSRİ Ali Sovetində deputat kimi Azərbaycanın 9 rayonunu təmsil edən ən gənc deputat kimi hamının diqqətini özünə çəlb etməyi bacarıb. Keçən yüzilliyin 70-80-ci illərində orta məktəb şagirdləri əmək mövzusunda inşa yazanda çoxları Tərlan Musayevanı özünün idealı, Qəhrəmanı, kumiri hesab edirdi.

"Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri ilə təltif olunmuş, şəninə mahnılar, poemalar, şeirlər, sənədli əsərlər yazılan tanınmış əmək qəhrəmanının 70 illik yubileyi münasibəti ilə  yubiley qabağı "Elm və təhsil" nəşriyyatında Ulu Öndərin "canlı əsəri Təlan" kitabı çapdan çıxıb. Kitab Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və mənəvi dəstəyi ilə işıq üzü görüb. Bu kitab nə üçün yazılıb, müəllifin məqsədi nədir? Kitabı yazmaq məsuliyyətini anlayan, çiyninə götürən müəllifin özü özünə verdiyi suallardır bu. Müəllif əmindir ki, oxucular, Tərlan Musayevasevərlər bu suallara cavabı kitabla tanış olanda tapacaqlar.

Tərlan Musayeva Vətənimizdə tanınan, necə deyərlər, üzdə olan, əməyindən, uğurlarından, mənəvi məziyyətlərindən həddən artıq çox yazılan, danışılan məşhur Azərbaycan xanımıdır. Vaqif Osmanlı  onun yazılmayan, tanınmayan, az işıqlandırılan cəhətlərini axtarıb tapmağa, onun haqqında yazılan ədəbiyyat nümunələrini, rəngarəng mövzulardakı saysız-hesabsız müsahibələrini, cəsarətli çıxışlarını bir toplu kimi düzüb-sıralayıb kitaba sığışdırmağa çalışıb. Düşünüb ki, qoy Tərlansevərlər daha yaxşı tanısınlar öz qəhrəmanını. Kitab Tərlan xanımın 70 illik zəngin və mənalı ömrünə müəllfin bir baxış prizmasıdır.

Kitabda Azərbaycanın ən yaxın tarixinin XX yüzlliyin 70-80-ci illərindən çağdaş günlərimizə qədərki dövrünün ictimai-siyasi mənzərəsinə, əmək insanının şəxsiyyətinə, mənəvi dünyasına, əqidə mökəmliyinə, sadiqliyinə, sadəliyinə, Vətən, insan, torpaq sevgisinə Tərlan xanımın ömür və əmək yolunun maraqlı məqamları  ilə işıq salınır. Tərlan Musayevanın 70 illik yubileyi günündə - 2025-ci il yanvarın 22-də saat 14:00-da Tərlan xanımın təntənəli yubileyi və "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının təqdimatı  "İçərişəhər" metrostaniyasının yaxınlığında - Cəfərov qardaşları küçəsi 16 ünvanda, Gəncliyə Yardım Fondunda  keçiriləcək.

Tərlan xanımı yubileyi münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, gözəl günlər, uğurlar arzulayırıq.

 

Güllü Eldar Tomarlı
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, AYB, AAB, AJB-nin üzvü

Seçilən
17
2
qht.az

2Mənbələr