BAKI, TurkicWorld
ABŞ və Əfqanıstandakı "Taliban" arasında əsir mübadiləsi razılaşması nəticəsində iki amerikalı azad edilib.
TurkicWorld xəbər verir ki, onların əvəzində narkotik ticarəti və terrorçuluqda ittiham olunaraq Kaliforniyada ömürlük həbs cəzası alan "Taliban" üzvü azad edilib.
Kabil şəhərindəki "Taliban" Xarici İşlər Nazirliyi mübadilənin baş tutduğunu təsdiqləyərək bildirib: “İki amerikalı vətəndaş, 2008-ci ildə iki ömürlük həbs cəzasına məhkum edilmiş Xan Məhəmmədlə dəyişdirilib.”
"Taliban" tərəfindən saxlanılan iki amerikalıdan biri olan Rayan Korbetin ailəsi mübadilənin baş tutduğunu təsdiq edib.
Korbet, ABŞ-ın dəstəklədiyi hökumətin süqutu zamanı ailəsi ilə birlikdə Əfqanıstanda yaşayırdı. O, 2022-ci ilin avqustunda işgüzar səfər zamanı "Taliban" tərəfindən qaçırılmışdı.
Ailə üzvləri bəyanatlarında “onun həyatının qorunmasına və 894 gün davam edən ən çətin və qeyri-müəyyən dövrdən sonra evə qaytarılmasına görə dərin minnətdarlıq” ifadə ediblər.
55 yaşlı Xan Məhəmməd isə 2008-ci ildə məhkum edildikdən sonra Kaliforniyada həbsdə idi. O, Əfqanıstanın Nanqahar vilayətində döyüş meydanında saxlanılmış və daha sonra ABŞ-a köçürülmüşdü.
Federal məhkəmə onu ABŞ-a çatdırılmaq üçün heroin və tiryək təmin etməkdə ittiham etmiş və onu terrorçuluq fəaliyyətinə yardımçı kimi qiymətləndirmişdi.
O dövrdə ABŞ Ədliyyə Nazirliyi Məhəmmədi “ABŞ əsgərlərini Əfqanıstanda raketlərlə öldürməyə çalışan radikal cihadçı və narkotik qaçaqmalçısı” kimi təsvir etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta