AZ

Tələbə hərbi komissarlığı yandırmağa cəhd etdi...

Yazını böyüt
Yazını kiçilt

Barnaulda hərbi komissarlığı yandırmağa cəhd edən tələbə həbs edilib, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hafta.az xəbər verir ki, Qazeta.ru-nun məlumatına görə, orta ixtisas təhsili müəssisəsinin 18 yaşlı tələbəsi Ukrayna ilə müharibənin əleyhdarı olmaqla hərbçilərin cəbhəyə göndərilməsinin qarşısını almaq istəyib. O, öz istehsalı olan yandırıcı qarışıqlı cihazdan istifadə edərək hərbi komissarlığı yandırmağı planlaşdırıb.

Tələbə hərbi komissarlıqda həbs olunduğu üçün nəzərdə tutduqlarını etməyib. Həbsin əməliyyat videosunu yerli “Telegram” kanalları yayıb.

Tələbə barəsində terrora cəhd maddəsi ilə cinayət işi başlanıb. Həbs edilən şəxsin  guya “Ukrayna terror təşkilatı”nın göstərişi ilə hərəkət etdiyi güman edilir.

Seçilən
25
32
hafta.az

10Mənbələr