AZ

2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 900-ə yaxın ev alıblar

2024-cü il ərzində (yanvar-dekabr) Azərbaycan vətəndaşları Türkiyədə 866 ev əldə ediblər.

Bu barədə Marja.az Türkiyənin Statistika qurumuna (TÜİK) istinadən xəbər verir.

2023-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 832 ev əldə etmişdilər.

2024-cü ilin Dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 110 ev alıblar (2023-cü ilin dekabr ayında 52 ev almışdılar).

Türkiyədə əcnəbilərə ev satışı 2024-cü ildə əvvəlki ilə nisbətən 32,1% azalaraq 23 min 781-ə düşüb. 2024-cü ildə xaricilərə ev satışının ümumi ev satışlarında payı 1,6% təşkil edib. 2024-cü ildə xaricilərə mənzil satışının ən çox olduğu şəhərlər 8 min 416 ilə İstanbul, 8 min 223 ilə Antalya və 2 min 112 ilə Mersin olub.

Əcnəbilərə ev satışı dekabr ayında 2023-cü ilin dekabr ayı ilə müqayisədə 17,2% artaraq 2 min 418-ə çatıb. 

2024-cü ildə Türkiyədə ən çox ev Rusiya (4 min 867), İran (2 min 166 ) və Ukrayna (1631) vətəndaşlarına edilib.  

ev satışı Türkiyə ev
Seçilən
8
marja.az

1Mənbələr