"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.
"Bavariya" "Hoffenhaym"dan 19 yaşlı alman yarımmüdafiəçi Tom Bişoffun transferini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun 4 illik müqaviləsi yayda qüvvəyə minəcək. Mövsümün ikinci yarısında Tom Bişoff "Hoffenhaym"da çıxışını davam etdirəcək.
Cari Almaniya çempionatında Tom Bişoff 16 matçda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.