AZ

İsrailin Baş Qərargah rəisi istefa verəcək

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi istefa verəcəyini açıqlayıb.

“Qafqazinfo” İsrail mediasına istinadən xəbər verir ki, Halevi cari ilin martın 6-da postunu tərk edəcək. 

Bildirilib ki, o, İsrail ordusunun 2023-cü il oktyabrın 7-də HƏMAS hücumu zamanı uğursuzluğuna görə şəxsi məsuliyyətini etiraf edərək bu addımı atıb. 

Onun sözlərinə görə, istefası ilə bağlı müvafiq məktubu müdafiə naziri və Baş nazirə ünvanlayıb.

 

Seçilən
21
3
qafqazinfo.az

4Mənbələr