AZ

Sumqayıtda süd əmərkən həyatını itirən körpə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verildiyi kimi Sumqayıt şəhəri sakini, 2024-cü il təvəllüdlü Sevgi Quliyevanın anası süd verərkən halı pisləşib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20.01.2025-ci il tarixində saat 01:15 radələrində Sumqayıt şəhərindən 2024-cü il təvəllüdlü uşağın halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda ölümün ilkin səbəbi ilə bağlı araşdırma aparılır.

Ətraflı məlumat veriləcək.

Bizim.Media

Seçilən
20
17
bizim.media

10Mənbələr