1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ölümün səbəbləri ilə bağlı araşdırma aparılır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 20-i saat 01:15-də Sumqayıt şəhərindən 2024-cü il təvəllüdlü uşağın halının pisləşməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda ölümün səbəbləri ilə bağlı araşdırma aparılır. Ətraflı məlumat veriləcək", - deyə cavabda qeyd olunub.
Aygün Mirakif
Yanvarın 20-si Sumqayıt şəhərinin sakini, 2024-cü il təvəllüdlü Sevgi Quliyevanın halı anası ona süd verərkən pisləşib.
Oxu.Az-ın məlumatına görə, uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Aytac Qasımova