AZ

SAXAL-ın Baş Qərargah rəisi Halevi istefa edib

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi 2023-cü il oktyabrın 7-də ordunun uğursuzluğuna görə məsuliyyəti boynuna alaraq istefa verib.

Qaziler.az Bu barədə TASS İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Mən bu gün, çərşənbə axşamı ( 21 yanvar) İsrailin müdafiə naziri İsrael Katza məlumat verdim ki, SAXAL-ınQəzza zolağında mühüm nailiyyətlər əldə etdiyi, girovların azad edilməsinə dair tələbləri yerinə yetirmək prosesində olduğu bir vaxtda SAXAL-ın oktyabrın 7-də uğursuzluğuna görə məsuliyyəti etiraf edir və  6 mart 2025-ci il tarixində vəzifəmi tərk etmək üçün icazə istəyirəm”, - deyə Halevi açıqlamasında bildirib.

Qeyd edək ki, 19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. İsrail və HƏMAS arasında başladılan girovların dəyişdirilməsi  prosesində İsrail 90 əsiri  azad edib. Fələstin isə 3 israilli girovu qarşı tərəfə təhvil verib.

QAZİLER.AZ

Seçilən
31
qaziler.az

1Mənbələr