Bakı. Trend:
Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növsilah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxilolan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisəyerinə baxış keçirilib və ərazidən 1 ədəd avtomat, həmin silahaməxsus patron darağı və 20 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılansilahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsiistiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 3 nəfərrayon sakinindən müvafiq sənədləri olmayan ov tüfənglərigötürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.