"Hidayət Heydərov və Maqomedxan Maqomedovdan başqa, 5 idmançılarımızın medalında nöqsan aşkarlanıb. Bununla bağlı da yaxın günlərdə Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edəcək" . Bunu baki-xeber.com-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Murad Fərzəliyev bildirib.
M. Fərzəliyev qeyd etdi ki, ilk dəfədir, Azərbaycan idmançıları belə halla qarşılaşır. " Belə hadisə olmayıb. Birinci dəfədir ki, bizim idmançılarla bağlı belə bir hal baş verib. Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət göndərəcək. Ondan sonra gözləyəcəyik ki, görək, hansı qaydada prosedurlar davam edəcək. Təbii ki, sıradan çıxmış medallar yenisi ilə əvəzlənəcək. Yəni hər bir idmançımızın yeni medalla təmin olunması üçün çalışacağıq"-deyə M. Fərzəliyev qeyd etdi.
İradə Sarıyeva