AZ

Şmidt 2 Bundesliqa klubundan təklif aldı - Hansını seçəcək?

"Benfika"nın keçmiş baş məşqçisi Rocer Şmidt Almaniya Bundesliqasında 2 klubdan birinə rəhbərlik edə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports"un jurnalisti, insayder Florian Plattenburq yayıb.

Xəbərə görə, onunla "Leypsiq" və "Borussiya Dortmund" maraqlanır.

57 yaşlı mütəxəssis isə tələsmir və yaya qədər gözləmək istəyir. Bu mənada "buğalar"ın mövqeyi onunla üst-üstə düşür. Belə ki, "Leypsiq" Şmidti gələn mövsümün əvvəlində dəvət etməkdə maraqlıdır.

"Borussiya" isə əksinə, klubdakı mövqeyi qeyri-müəyyən olan Nuri Şahini əvəz edə biləcək məşqçi axtarışındadır. 

Dortmund nəhəngi Frankfurt "Ayntraxt"ına məğlubiyyətdən sonra Bundesliqada 10-cu sıraya düşüb. Komanda son 8 qarşılaşmada cəmi bir qələbə qazanıb.

Mirağa 

Seçilən
11
fanat.az

1Mənbələr