İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi istefa ərizəsini təqdim edib.
“Oktyabrın 7-də [2023] İDF-nin uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürərək və İDF-nin mühüm uğur qazandığı bir vaxtda,martın 6-da vəzifəmi tərk etməyi [icazə verilməsini] xahiş edirəm", - deyə “The Times of Israel” nəşri Halevidən sitat gətirib.
Qərargah rəisi İsrailin müdafiə naziri İsrael Katzı qərarından xəbərdar edib və izah edib ki, o, HƏMAS hücumu ilə bağlı təhqiqatı martın 6-dək başa çatdırmağı planlaşdırır və təhvil verməzdən əvvəl İDF-ni ordunun gələcəkdə qarşılaşa biləcəyi çətinliklərə hazırlamağa vaxt tapacaq.