"Tramp "güc tətbiqi ilə sülhə nail olmaq" kursu elan etdi. İndi başlayacaqlar ki, "dünya tarixində yeni geosiyasi mərhələ başlanır" və ya Tramp "yeni sülh formulu kəşf edib" və sair. Təbii ki, maraqlı düsturdu. Lakin yeni deyil. Bu formulu ilk dəfə Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində tətbiq etdi."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Bütün dünya münaqişənin sülh yolundan başqa həll yolunun olmadığını düz 30 Azərbaycana təlqin etdilər. Sülhsevər Azərbaycan " sülh yolu ilə həll daha yaxşıdır" prinsipinə əsaslanaraq uzun illər dünyaya inandı, lakin paralel olaraq həm də müharibə hazırlıqlarını hərbi, siyasi və diplomatik müstəvidə davam etdirdi. Ən sonda isə " güc tətbiqilə düşməni sülhə məcburetmə" əməliyyatlarına başladı. "Güc tətbiqilə sülh" formulunun praktik nümayişi budur. Onun yaradıcısı isə Azərbaycandır. haqqımıza kimsə göz dikməsin...."
Mətləb