Bakı, TurkicWorld
Zəfər Partiyasının sədri Ümit Özdağ cəmiyyəti nifrət və düşmənçiliyə açıq şəkildə təhrik etmək ittihamı ilə həbs edilib.
TurkicWorld xəbər verir ki, polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Özdağ Terror və Mütəşəkkil Cinayətlər Bürosuna aparılıb.
CHP sədri Özgür Özəl, İYİ Partiya başqanı Müsavat Dərvişoğlu və çoxlu millət vəkilləri Özdağa dəstək olmaq üçün ədliyyəyə gəlib.
İstintaq prokuroruna ifadə verdikdən sonra Ümit Özdağ İstanbul Sülh Cəza Məhkəməsinə sövq edilərək ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək ittihamı ilə həbs edilib.
Qeyd edək ki, Ümit Özdağın 19 yanvar 2025-ci ildə partiyasının il başçıları ilə görüşündə dediyi sözlərə görə prezidenti təhqir etmək və ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək cinayətlərinə görə istintaq başladılıb.