AZ

"Red Bull" yeni sponsor tapıb

Formula 1 komandası "Red Bull" kriptovalyuta "Gate.io" ilə sponsorluq müqaviləsi bağlamağa yaxındır.

90deqiqe.Az "SportsBusiness"ə istinadən xəbər verir ki, "Gate.io", sponsorluq müqaviləsi üç mövsüm ərzində 150 ​​milyon dollar dəyərində qiymətləndirilən "Red Bull"da sponsor kimi başqa bir kriptovalyuta birjası olan "Bybit"i əvəz edəcək.

Komandanın "Bybit" ilə müqaviləsi 2024-cü ilin sonunda başa çatıb və tərəflər şərtləri razılaşdıra bilmədiyi üçün uzadılmayıb.

Komandanın yeni sponsordan alacağı məbləğ hələlik açıqlanmayıb.

Bu, "Gate.io"nun idmanda ilk təcrübəsi olmayacaq - şirkət artıq "İnter Mila"nın əsas tərəfdaşıdır.

 

Seçilən
27
90deqiqe.az

1Mənbələr