"Sumqayıt" heyətinə yeni hücumçu cəlb edib.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi qvineyalı Momo Yansane ilə sonradan 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
27 yaşlı forvard son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış edib.
O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı, "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.