“Aston Martin”in sahibi Lorens Stroll “Red Bull”un pilotu, dördqat dünya çempionu Maks Fertstappenə sərfəli müqavilə təklif etməklə komandasına aparmaq niyyətindədi.
“Football-plus.az” “Daily Mail”ə istinadla xəbər verir ki, “Aston Martin” rəhbərliyi komandanın sponsorlarını artıq 27 yaşlı niderlandlını ələ keçirməklə bağlı ambisiyalı plandan xəbərdar edib. Britaniya komandası Ferstappenə 1 milyard funt sterlinqlik müqavilə (ildə 200 milyon funt sterlinq qazanacaq) təklif etməyə hazırdı. Maksın “Red Bull” ilə indiki müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdi.
Niderlandlı bu komandada ilə 50 milyon funt qazanır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta