Bakı. Trend:
Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilikmərkəzindəki mehmanxanadakı yanğında baş verən yanğın nəticəsindəölənlərin sayı 76-ya çatıb.
Trend xəbər verir ki, bubarədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, yanğınla əlaqədar 9 nəfərsaxlanılıb.
Xatırladaq ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbərolunub.
Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlumolmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədənbaşladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.
Yanğınla əlaqədar istintaq başlanılıb.