"Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi və "Çinar Park" Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanıb.
Valyuta.az xəbər verir ki, müqavilə Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətinin satın alınması ilə bağlıdır.
Görüləcək işə 1milyon 550 min 390 manat vəsait ayrılıb.
Xatırladaq ki, “Çinar Park” QSC 2006-cı ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Ülvi Gülməmmədli Rüfət oğludur.
Maya Hüseynova