Türkiyənin Zəfər partiyasının sədri Ümit Özdağ həbs edilib. Metbuat.az xəbər verir ki, “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanılan Ümit Özdağ prokurorluqdakı ifadəsindən sonra “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbs edilib. Qeyd edək ki, Zəfər partiyasının vilayət sədrlərinin müşavirə toplantısında Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirlərə görə Ümit Özdağ barədə “prezidenti təhqir etmək” cinayəti ilə bağlı iş üzrə istintaq başladılıb və ardınca istintaqa əlavə maddələr əlavə edilib. Ankarada saxlanılan Özdağ İstanbul Polis İdarəsinə gətirilib. Özdağın ifadəsi Terror Cinayətləri İstintaq Bürosu tərəfindən alındıqdan sonra “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayətinə görə həbs olunması tələbi ilə məhkəməyə göndərilib. Onun həbsi ölkədəki müxalif dairələrin etirazına səbəb olub.