AZ

Kartal Səudiyyə Ərəbistanına yox, İrana yollanır

Ötən mövsüm ''Fənərbaxça'' ilə 99 xal toplanmasına baxmayaraq çempion ola bilməyən və yaydan bu yana işsiz olan İsmayıl Kartalın yeni klubu bəlli olmaq üzrədi.

''Football-plus.az'' xəbər verir ki, mövsümün əvvəlindən bəri Anadolu klublarından aldığı bir neçə təklifi geri çevirən təcrübəli mütəxəssis bu yaxınlarda Səudiyyə Ərəbistanından çox cəlbedici təklif almışdı. ''Əl-Taavun'' bu məşqçiyə rəsmi təklif irəli sürmüşdü. Hər kəs Kartalın da Fatih Terim kimi Səudiyyə Ərəbistanınan yollanacağını düşündüyü bir vaxtda vəziyyət dəyişib.

''Əl-Taavun'' ilə yanaşı İran təmsilçisi ''Persepolis''in də 63 yaşlı məşqçi ilə danışıqlar apardığı bəlli idi. Qəribədi ki, Kartal məhz İran klubu ilə anlaşmağa yaxındı. Kartal bazar ertəsi ''Radyospor''a verdiyi qısa açıqlamada bu faktı təsdiqləyib:

''Danışıqlar davam edir. Hələ ki, anlaşma əldə olunmayıb. Sabah baş tutacaq sonuncu görüşdən sonra bütün suallara aydınlıq gələcək''.

''Persepolis''in Kartala illik 2,5 milyon dollar məvacib təklif etdiyi məlum olub. Son çempion statusunda olan Tehran təmsilçisi bu mövsüm 15 oyuna 29 xal toplayıb və lider ''Traktor''dan 3 xal geridədi.

Qeyd edək ki, 2006-07 və 2011-12-ci illərdə ''Persepolis''də Türkiyənin digər tanınmış məşqçisi Mustafa Dənizli çalışıb.

ƏLİ
Seçilən
26
football-plus.az

1Mənbələr