Rusiyanın müdafiə naziri Andrey Belousov Özbəkistana rəsmi səfərə gəlib, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya hərbi idarəsinin rəisi Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Şuxrat Halmuxamedov, eləcə də ölkənin hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacaq”, – press-relizdə deyilir.
Tərəflər Mərkəzi Asiya regionunda təhlükəsizlik məsələlərini, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər.
Noyabrın sonunda Belousov KXDR-ə rəsmi səfər etdi.
DOĞRU.AZ