AZ

"Hizbullah"ın daha bir lideri MƏHV EDİLDİ

Livanda “Hizbullah” qruplaşmasının liderlərindən biri Şeyx Məhəmməd Hammad məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə "Janoubia" xəbər portalı məlumat yayıb.

Mövcud məlumata görə, Livanın mərkəzi hissəsində, Qərbi Bekaa bölgəsində qruplaşma liderinin avtomobilinə hücum edilib. Maşgər kəndi yaxınlığında naməlum şəxslər ona atəş açıb.

Həmmada altı güllə dəyib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu xilas edə bilməyiblər.

Hələlik heç bir Livan silahlı qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Seçilən
47
publika.az

1Mənbələr