Rusiya Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin rəhbəri Sergey Leonov özəl klinikalarda miqrantların, o cümlədən İİV infeksiyası ilə bağlı məcburi tibbi müayinələrin qadağan edilməsini təklif edib...
Poliqon bu barədə TASS Agentliyinə istinadən xəbər verir.
O, iddia edib ki, əcnəbilərin əhəmiyyətli bir hissəsi faktiki olaraq məcburi tibbi müayinədən keçmir, bu da Rusiyada yoluxucu xəstəliklərin yayılması riskini artırır.
Leonov vurğulayıb ki, bu, miqrantların arayış almaq üçün özəl klinikaları seçməsi, onların yalnız kağız üzərində yoxlanılması səbəbindən mümkün olur.
Millət vəkili əlavə edib ki, əcnəbilərin icbari tibbi müayinədən keçirilməsi qanun pozuntularının sayını azaltmaqla yanaşı, xəzinəyə vəsaitlərin daxil olmasını təmin edəcək.
Poliqon.info