Benzin oğrularının yeraltı boru xətti aşkar edilib
Özbəkistan-Qazaxıstan sərhədində yeraltı kəmər aşkar edilib.
Reyting.az xəbər verir ki, bu barədə “UzA” agentliyi məlumat yayıb.
Məlumata görə, Özbəkistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qazaxıstanla sərhəddə benzin qaçaqmalçılığı üçün nəzərdə tutulan 300 metrlik yeraltı boru xətti aşkar ediblər. Respublikanın hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
V. QULİYEV