AZ

ABŞ-da dünyanın ən sürətli superkompüteri  istifadəyə verilib

Dünyanın ən sürətli superkompüteri Kaliforniyadakı Lourens Livermor Milli Laboratoriyasında (LLNL) rəsmi olaraq istifadəyə verilib...

Poliqon bu barədə Live Science nəşrinə istinadən xəbər verir.

LNNL bildirib ki, "El Capitan" adlanan superkompüterin tikintisi 600 milyon dollara başa gəlib və ABŞ-ın nüvə silahı ehtiyatının yeraltı sınaqların olmadığı şəraitdə təhlükəsizliyini təmin etmək də daxil olmaqla, müxtəlif həssas və məxfi tapşırıqları yerinə yetirəcək. Tədqiqatlar ilk növbədə milli təhlükəsizlik, o cümlədən materialların kəşfi, yüksək enerji sıxlığı fizikası, nüvə məlumatları və silahların inkişafı və digər məxfi missiyalara yönəldiləcək.

Keçən il El Capitan tam işlək olduğu zaman Linpack yüksək performanslı hesablama (HPL) etalonunda 1742 exaflops əldə edərək dünyanın ən sürətli kompüteri oldu. Bu test bütün dünyada super hesablamaların sürətini qiymətləndirmək üçün istifadə olunur.

El Capitan ultra yüksək hesablama sürətinə nail olan üçüncü kompüterdir. Onun maksimum performansı 2746 exaflops təşkil edir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr