AZ

Çin səfirliyi Trampın əlavə rüsumlarla bağlı təhdidlərinə münasibət bildirib

Çin və ABŞ arasındakı ticarət müharibəsində qalib olmayacaq...

Poliqon RİA Novosti nəşrinə istinadən xəbər verir ki, bunu Vaşinqtondakı Çin səfirliyinin rəsmi nümayəndəsi Liu Penqyu bildirib.

“Çin hesab edir ki, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığının mahiyyəti qarşılıqlı fayda, qazandır. Ticarət müharibələrində və tarif müharibələrində qalib yoxdur”, o deyib.

Penqyu əlavə edib ki, ABŞ hakimiyyəti bazar iqtisadiyyatı prinsiplərinə, eləcə də beynəlxalq ticarət qaydalarına hörmət etməli və əməkdaşlıq üçün əlverişli mühit yaratmalıdır.

Diplomatik nümayəndəliyin nümayəndəsinin sözlərinə görə, Çin tərəfi ABŞ-a narkotiklərlə bağlı problemlərin həllində kömək edir. O qeyd edib ki, Ağ Ev belə əməkdaşlığı tanıyıb.

Poliqon.info

Seçilən
59
50
poliqon.info

10Mənbələr