Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrəifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barədə BakıAğır Cinayətlər Məhkəməsində 21 yanvarda hakim Aygün Qurbanovanınsədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Trend-inməlumatına görə, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur.
Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy AzərbaycanRespublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiəqabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusixidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanətetməkdə şübhəli bilinir.
Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəməprosesində ittiham aktı elan olunarkən məlum olacaq.
Məhkəmə baxışı 3 fevral tarixinə təyin edilib.