Bakı Apellyasiya Məhkəməsində tələbələrə qarşı quldurluq etməkdə təqsirləndirilən Süleyman Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 11 ay 24 gün azadlıqdan məhrum edilib.
Qeyd: 2023-cü ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşı tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb. Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov