2024-cü ildə (yanvar-dekabr) Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
O cümlədən, 2024-cü ildə Azərbaycanın ixracı 26 milyard 554 milyon 56 min ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon 44 min ABŞ dolları məbləğində olub. Saldo müsbət 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 51 milyard 183 milyon 900 min ABŞ dolları o cümlədən, ixracı 33 milyard 898 milyon 554 min ABŞ dolları, idxalı 17 milyard 285 milyon 345 min ABŞ dolları, saldo 16 milyard 613 milyon 210 min ABŞ dollar təşkil etmişdi.