AZ

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5.5 mlrd. dollar təşkil edib

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7% azalaraq 47 milyard 612.1 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Son bir ildə ölkə üzrə ixrac 21.7% azalaraq 26 milyard 554 milyon ABŞ dolları, idxal isə 21.8% artaraq 21 milyard 58 milyon ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinə 5 mlrd. 496 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə azdır.

Seçilən
8
1
apa.az

1Mənbələr