ÇL: “Barselona”dan tarixi qələbə – Gecənin nəticələri
Çempionlar Liqasında 7-ci turun ilk oyunları keçirilib.
Yeniavaz.com xəbər verir ki, gecənin ən maraqlı hesabı Portuqaliya təmsilçisi “Benfika” ilə İspaniya “Barselona”sının görüşündə yaranıb.
Belə ki, 78-ci dəqiqəyə qədər 4:2 hesabı ilə geridə olan Kataloniya təmsilçisi 90+6-da vurulan qol ilə önə keçib – 4:5.
Bundan sonra həm meydançada, həm də paltardəyişmə otaqlarına gedən dəhlizlərdə hər iki komandanın futbolçuları arasından insident yaşanıb.
Bu nəticədən sonra “Barselona” 18 xalla ikinci olub və 1/8 finala vəsiqəni təmin edib.
İngiltərə Premyer Liqasının lideri “Liverpul” doğma meydanında Fransanın “Lill” komandasının məğlub edib (2:1) və ÇL-də 21 xalla 1/8 finala vəsiqəni təmin edib.
Madrid “Atletiko”su Almaniya çempionu “Bayer”i 2:1 hesabı ilə məğlub edib və xalını 15-ə çatdırıb. “Atletiko” pley-offa vəsiqəni təmin edib.
Ötən gecə VII tur çərçivəsində baş tutan digər görüşlərin nəticələri belə olub:
"Liverpul" - "Lill": 2:1;
"Benfika" - "Barselona": 4:5;
"Atletiko Madrid" - "Bayer": 2:1;
"Bolonya" - "Borussiya Dortmund": 2:1;
"Brügge" - "Yuventus": 0:0;
"Tsrvena Zvezda" - "PSV Eyndhoven": 2:3;
"Slovan" - "Ştutqart": 1:3;
"Atalanta" - "Şturm": 5:0;
"Monako" - "Aston Villa": 1:0.