AZ

Azərbaycanın xam neft ixracı azaldı

Ötən il Azərbaycan 25 ölkəyə 23,5 milyon tondan artıq neft ixrac edib.

Bu, 2023-cü illə müqayisədə 2,4 milyon ton azdır.

İtaliya yenə Azərbaycanın ən çox xam neft ixrac etdiyi ölkə olub. Belə ki, Azərbaycan İtaliyaya ötən il 6 754 416,21 min ABŞ dolları dəyərində 10 950 355,57 ton neft ixrac edib.

Azərbaycanın neft ixracında ikinci yerdə Çexiya gəlir: 1 770 234,87 ton neft.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. Ötən il bu ölkəyə 1 436 178,46 ton neft ixrac edilib.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
13
50
teleqraf.com

10Mənbələr