AZ

Ötən il 79 minədək azərbaycanlı Türkiyəni tərk edib

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Miqrasiya İdarəsi əcnəbilər üçün yaşayış icazələri ilə bağlı cari məlumatları paylaşıb. Ortaya çıxan mənzərə son iki ildə 80 minə yaxın Rusiya vətəndaşının Türkiyəni tərk etdiyini göstərsə də, ekspertlər bu vəziyyətin səbəblərini aydınlaşdırıblar.

Hafta.az-ın yazdığına görə, Daxili İşlər Nazirliyi İmmiqrasiya İdarəsi Müdirliyi tərəfindən paylaşılan son hesabatda, Türkiyədə oturma icazəsi olan əcnəbilərə dair yenilənmiş məlumatlar paylaşılıb.

Türkiyədə oturma icazəsi olan və ötən il bu ölkəni tərk edən əcnəbilər arasında Türkmənistan 117023 nəfərlə birinci, Rusiya 82144 nəfərlə ikinci  və Azərbaycan 78469 nəfərlə üçüncü olub. Dördüncü pillədə 75974 nəfərlə İran, beşinci yerdə isə 73265 nəfərlə Suriya qərarlaşıb.

Altıncı ən çox Türkiyədən qayıdanlar 71193 nəfərlə İraq vətəndaşları, yeddinci yerdə 57105 nəfərlə özbəklər, səkkizinci yerdə 42858 nəfərlə qazaxlar, doqquzuncu yerdə 37049 nəfərlə əfqanlar və nəhayət onuncu yerdə 31509 nəfrlə ukraynalılar qərarlaşıb. 

Son iki ilin məlumatları ilə aparılan hesablama 80 mindən çox Rusiya vətəndaşının Türkiyədən yaşamaq icazəsi aldığını ortaya çıxarsa da, ekspertlər bu vəziyyətə səbəb kimi yüksək inflyasiya göstəriblər.

Türkiyədə son illərdə müşahidə olunan yüksək inflyasiya bir çox bölgədə qida, kirayə, mənzil və xidmət sektorlarında qiymətlərin eksponent olaraq artmasına səbəb olub. Əcnəbi vətəndaşların ən çox cəmləşdiyi İstanbul və Antalya kimi şəhərlərdə qiymətlər hətta xarici valyuta əsasında Avropanın ən bahalı paytaxt şəhərlərini geridə qoysa da, bu, son illər iqtisadi faktorlara görə Türkiyəyə üstünlük verən əcnəbilərin fikirlərini sürətlə dəyişməsinə səbəb olub.

Türkiyədəki rusların əhəmiyyətli hissəsi əlverişli iqtisadi şəraitə malik alternativ ölkələrə üstünlük verdiyi halda, bəziləri Rusiyaya qayıdıb.

Digər tərəfdən, İmmiqrasiya İdarəsinin paylaşdığı “Türkiyədə ailə oturma icazəsi olan ilk 10 millət” siyahısında Rusiya vətəndaşları 15904 nəfərlə ilk sırada yer almağa davam edir.

Seçilən
6
hafta.az

1Mənbələr