AZ

İlyas İsmayılov sağlamlığına qovuşa bilmir - AÇIQLAMA

Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib. Onun komaya düşdüyü bildirilir.

Modern.az sabiq ədliyyə nazirinin son durumunu öyrənmək üçün onun müavini Mütəllim Rəhimli ilə əlaqə saxlayıb.

O bildirib ki, İlyas İsmayılov ötən ilin dekabr ayından Mərkəzi Kliniki Xəstəxanada müalicə alır.

"Artıq bir aydan çoxdur ki, xəstəxanadadır. Səhhətində müxtəlif problemlər olduğu və müalicə edildiyi bizə məlumdur. Həkimlər də əllərindən gələni edirlər, sağ olsunlar. Ancaq bununla belə İlyas müəllimin vəziyyət gah yaxşılaşır, bəzən isə pisləşir. Müalicə aldiğı müddətdə bir neçə dəfə reanimasiyaya yerləşdirilib, çox şükür kritik vəziyyətdən çıxarılıb. Amma çox təəsüf ki, bu daimi olmur və İlyas müəllim sağlamlığına qovuşa bilmir. Biz həkimlərlə təmasdayıq, müvafiq məlumatları alırıq, İlyas müəllimə baş çəkirik. Ümid və dua edirik ki, İlyas müəllim tezliklə sağalsın və xəstəxananı tərk etsin", - Mütəllim Rəhimli qeyd edib.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

O, 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Seçilən
17
2
modern.az

3Mənbələr