Bakı. Trend:
Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuzdövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 9 nəfərsaxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumatagörə, tədbirlərlə rayon sakinləri – Anar Abdullayev, Niyaziİsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, PərvizRəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışovsaxlanılıblar.
Onlardan 3 kiloqrama yaxın marixuana aşkar olunub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləribaşlanılıb, araşdırmalar davam etdirilir.