Avropa Parlamenti Belarusa dair qəbul etdiyi qətnamə layihəsində, Avropa İttifaqı ölkələrini Belarusda keçiriləcək prezident seçkilərinin nəticələrini tanımamağa çağırmağı planlaşdırır. “Ulusum”.az xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin saytında yerləşdirilən sənəddə yer alıb.Sənəddə deyilir: "Avropa Parlamenti, Belarusda keçirilən prezident seçkiləri ərəfəsində azadlıq, ədalət və şəffaflığın olmamasını qınayır və Aİ-yə... yaxınlaşan seçkiləri və seçki kampaniyasını saxta olaraq rədd etməyə çağırır".Bundan əlavə, sənəddə Belarusiya qarşı sanksiyaların genişləndirilməsi və gücləndirilməsi təklif olunur.Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Seçki məntəqələrində təcili düymələr və video müşahidə sistemləri quraşdırılacaq.Səidə
Diqqət Çəkənlər
Hamiləliyin Yeni Dövrü: Süni Rəhim Texnologiyası - VİDEO
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Sumqayıtda yataqxanada yanğın olub, 11 nəfər təxliyə edilib - VİDEO