AZ

"5,5 milyard dollarlıq profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir"

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir.

Qeyd edilib ki 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil etmişdir. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5.5 mlrd. ABŞ dolları) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.

Seçilən
9
11
marja.az

10Mənbələr