AZ

7 il əvvəl itkin düşən dənizçinin qalıqları TAPILDI

7 il əvvəl Çində yoxa çıxan rusiyalı dənizçi Andrey Frolovun qalıqları Yaponiyada tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Shot Telegram" kanalı məlumat yayıb .

Saxalin vilayətinin Xolmsk şəhərindən olan 51 yaşlı elektrikçinin Yaponiya sularında Oxot dənizində tapıldığı bildirilir. Lakin o, sonuncu dəfə 2017-ci ilin noyabrında Çinin Veyhay limanından balıqçı gəmisi ilə dənizə yola düşərkən görülüb.

Adam təyinat nöqtəsinə çata bilməyib. Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Türkan İSGƏNDƏRLİ

Seçilən
21
redaktor.az

1Mənbələr