AZ

“Bu il lotu ərəblərə xərcləyəcəyiniz pul...“

"Azərbaycan müsəlmanları üçün həccin qiyməti 10 min 115 manat müəyyən edilib. Yəni bu il lotu ərəblərə xərcləyəcəyiniz pul bu qədərdir. Nəbadə bir yetimə, kasıba əl tutasınız ha. Olmaz, etməyin, İslama ziddir. Aparın pullarınızı ərəblərə yedirin, onda siz dünyanın ən müqəddəs adamları olacaqsınız".

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Azər Həsrət çıxış edib.

"Yeri gəlmişkən, 2021-ci ildə həccin bazar qiyməti Azərbaycan üçün 7 min 600 manat idi. Maşallah, bazar inkişaf etdikcə qiymət də yüksəlir. Nə deyirik, bazar olsun, aparın pullarınızı ərəblərə yedirin. Əlbəttə, o pulların bir payı da Azərbaycanda bu turist səfərini təşkil edənlərə çatır...", - deyə A.Həsrət bildirib.

Xəbər 6 dəfə oxunub.
Seçilən
24
xezernews.az

1Mənbələr