AZ

"Bu müsbət yanaşma NATO-nun terrorla mübarizədəki imkanlarını və gücünü artıracaq", H.Fidan

Xarici işlər naziri Hakan Fidan İsveçin PKK, PKK/YPG və FETÖ terror təşkilatlarına qarşı atdığı addımların davam etməsini və bu sahədə həyata keçirəcəklərini gözlədiklərini bildirib.

Nazir H.Fidan paytaxt Ankarada Xarici İşlər Nazirliyində Türkiyə-İsveç Təhlükəsizlik Mexanizmi görüşündən sonra İsveç xarici işlər naziri Maria Malmer Stenerqard və İsveç ədliyyə naziri Qunnar Strömmer ilə birgə mətbuat konfransında danışıb.

H.Fidan başda terrorla mübarizə olmaqla ikitərəfli və beynəlxalq təhlükəsizlik mövzularında fikir mübadiləsi apardıqlarını, İsveçin PKK, PKK/YPG və FETÖ terror təşkilatlarına qarşı atdığı addımları və atacağı əlavə tədbirləri müzakirə etdiklərini vurğulayaraq deyib:

"İsveç nümayəndə heyəti terrorun hər cür növü ilə mübarizə üçün bir yol xəritəsi təqdim etdi, biz də düşünələrimizi çatdırdıq. Görüşlərimiz davam edəcək. Bu addımların davam etməsini və həmin sahədə həyata keçirəcəklərini gözləyirik. Türkiyə olaraq İsveçə terrorla mübarizə səylərində dəstəyimizi davam etdirəcəyik. Bu müsbət yanaşma NATO-nun terrorla mübarizədəki imkanlarını və gücünü artıracaq". 

Təhlükəsizlik Mexanizmi çərçivəsində mütəmadi olaraq görüşməyə davam edəcəklərini bildirən Fidan növbəti toplantıya İsveçin ev sahibliyi edəcəyini açıqlayıb.



Seçilən
14
43
trt.net.tr

10Mənbələr