AZ

ABŞ-də miqrantların deportasiyası üçün kütləvi həbslər başladı

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) sənədsiz miqrantları deportasiya etmək üçün saxlamağa başlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə prezident Donald Tramp administrasiyasının sərhəd təhlükəsizliyi üzrə kuratoru Tomas Homan məlumat verib .


“Bəli, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE)
bu gün artıq qanunu tətbiq edir. Bu, bizim prioritetimiz olacaq”,
- deyə o bildirib.

Homan qeyd edib ki, ICE-nin hərəkətlərini "basqın" adlandırmaq olmaz, çünki onlar məqsədyönlü hüquq-mühafizə əməliyyatlarının bir hissəsidir.

Kurator hesab edir ki, bu cür prosedurlar diqqətlə planlaşdırılıb və cinayət məsuliyyəti olan qeyri-qanuni miqrantların və ictimai təhlükəsizliyə təhlükə yaradan şəxslərin saxlanılmasına yönəlib.



Xəbər 5 dəfə oxunub.
Seçilən
11
30
xezernews.az

10Mənbələr